XƏBƏRLƏR

Azərbaycanlı fotoqraflar beynəlxalq fotomüsabiqədə mükafat qazanıblar

A+A-
Sıfırla

Azərbaycanda Gilavar Foto Klubunun təşkilatı dəstəyi ilə keçirilən iki beynəlxalq fotomüsabiqədən biri yekunlaşıb.

Beynəlxalq Foto Sənəti Federasiyası (FIAP) və Amerika Fotoqrafiya Cəmiyyətinin (PSA) xüsusi icazə ilə keçirilən Azerbaijan Photo Salon adlı fotomüsabiqəyə rekord saytda iştirakçı qatılıb. Belə ki, fotomüsabiqəyə 57 ölkədən 409 fotoqraf 7 min 865 foto təqdim edib. Sərbəst rəngli və sərbəst ağ-qara, insan, səhayət, təbiət və fotojurnalistika mövzuları üzrə təqdim olunan fotolar 3 nəfərdən ibarət Gürcüstandan olan münsiflər heyəti tərəfindən qiymətləndirilib. Qiymətləndirmə beynəlxalq fotoqrafiya təşkilatlarının qaydaları və şərtləri çərçivəsində aparılıb.

Müsabiqənin ən yaxşılarına medallar və xüsusi lentlər təqdim olunacaq, qaliblərin fotolarından ibarət elektron kataloq hazırlanacaqdır. Ümumilikdə altı nominasiya üzrə təqdim olunan 97 mükafata 35 ölkənin 79 fotoqrafı, o cümlədən Azərbaycandan olan fotoqraflar Kərim Abbasov, Orxan Əzimov və Ramil Zeynalov layiq görülüb.

Qeyd edək ki, Gilavar Foto Klubu tərəfindən Baku 2018 adlı daha bir beynəlxalq fotomüsabiqə həyata keçirilir və bu müsabiqəyə sentyabr ayında yekun vurulacaq.

FacebookTwitterWhatsappTelegramEmail

MƏLUMAT