XƏBƏRLƏR

“Azerbaijan Photo Salon 2020” adlı beynəlxalq fotomüsabiqə keçirilir

A+A-
Sıfırla

Azərbaycanda Gilavar Foto Klubunun təşkilatçılığı ilə “Azerbaijan Photo Salon 2020” adlı beynəlxalq fotomüsabiqə keçirilir. Müsabiqə Beynəlxalq Foto Sənəti Federasiyası və Beynəlxalq Bədii Fotoqraflar Assosiasiyasının himayədarlığı ilə keçirilir.

Müsabiqənin keçirilməsində məqsəd ölkədə fotoqrafiyanın inkişafına töhfə vermək, istedadlı fotoqrafları üzə çıxarmaq, onların bu sahəyə maraq göstərmələrinə, beynəlxalq foto müsabiqələrdə iştirak etmələrinə dəstək vermək və ölkəmizi dünyada fotolar vasitəsi ilə tanıtmaqdır.

“Sərbəst rəngli”, “Sərbəst ağ-qara”, “Səhayət” və “İnsan” mövzuları üzrə təqdim olunan fotolar yerli və xarici fotoqraflardan ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Qiymətləndirmə beynəlxalq fotoqrafiya təşkilatlarının qaydaları və şərtləri çərçivəsində aparılacaq.

www.salon.gilavar.net saytı vasitəsi ilə keçirilən müsabiqədə dünyanın istənilən yerindən olan peşəkar və həvəskar fotoqraflar iştirak edə bilər. Ən yaxşılara qızıl, gümüş və bürünc medallar, xüsusi lentlər və diplomlar təqdim olunacaq, qaliblərin fotolarından ibarət elektron kataloq hazırlanacaq.

Qeyd edək ki, Azerbaijan Photo Salon 2020 müsabiqəsi Gilavar Foto Klubu tərəfindən təşkil edilən sayca dördüncü beynəlxalq yarışmadır.

FacebookTwitterWhatsappTelegramEmail

MƏLUMAT