18
“Gilavar Foto Klubu” ictimai birliyinin üzvü, beynəlxalq dərəcəli fotoqraf Nadejda Cavadovanın çəkdiyi foto Dünya İdman Fotoqrafiya Mükafatı 2026 yarışmasında finala yüksəlib.
24 mövzudan ibarət müsabiqədə “Sonsuzluq işarəsi” adlı foto “Digər” kateqoriyasına daxil edilib. Bu il münsiflər heyətinə qiymətləndirmə üçün 123 ölkədən 4100 müəllifin 23 mindən çox fotoşəkil təqdim edilib. Münsiflər heyətinə media qurumlarının və beynəlxalq fotoagentliklərinin (BBC News, Getty Images), idman federasiyalarının nümayəndələri və peşəkar fotoqraflar daxildir.
Qaliblər 2026-cı il yanvarın 15-də elan ediləcək.


