FOTOXƏBƏRLƏR

Bakıda tanınmış fotoqrafın evində yanğın oldu – VİDEO

A+A-
Sıfırla

Bakının Sabunçu rayonu Nardaran qəsəbəsi ərazisində yanğın hadisəsi baş verib. Ttanınmış fotoqraf Orxan Aslanov “Instagram” hesabında paylaşım edərək baş verən yanğının görüntülərini yayıb.

Fotoqrafın sözlərinə görə, bu gün səhər saat 5-in yarısında ona məxsus qaraj yanıb. “Təəssüf ki, bu gün pis bir gün idi. Bütün qarajımızı itirdik, zədələnmiş maşını çətinliklə çıxara bildik və başqa heç nəyi xilas edə bilmədik. Uzun müddətdir yığdığım hər şey yox oldu. Əsas odur ki, heç kim zərər görmədi. Ona görə də hər yaşadığımız gündən zövq almalıyıq. Hər şey yoluna düşəcək”, — fotoqraf paylaşımında qeyd edib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadası cəlb olunub.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Sabunçu rayonu, Nardaran qəsəbəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaşa məxsus ümumi sahəsi 145kv.m olan və bir hissəsi qaraj kimi istifadə edilən yardımçı tikilidə baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən olunub.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində baş vermiş yanğın genişlənərək yaxınlıqda yerləşən digər tikililərə yayılmasına imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində tikilinin yanar konstruksiyaları və dam örtüyü 115kv.m sahədə, qarajda park edilmiş “Lİ” markalı minik avtomobilinin qismən üzlüyü yanıb, bilavasitə yaxınlıqda yerləşən digər yardımçı tikilinin dam örtüyü 3kv.m sahədə deformasiya edib.

Bitişik tikililər yanğından mühafizə olunub.

Qeyd edək ki, hadisə nəticəsində ciddi maddi ziyan dəysə də, xoşbəxtlikdən xəsarət alan olmayıb.

FacebookTwitterWhatsappTelegramEmail