XƏBƏRLƏR

Bakıdakı Rus evində “Bakı. Dəniz. Yay” festivalı açılıb

A+A-
Sıfırla

Bakıdakı Rus evində “Bakı. Dəniz. Yay” festivalının açılışı olub. Tədbir çərçivəsində 15 müəllifin 20 əsərindən ibarət fotosərgi təşkil edilib.

Sərgidə Coşqun Süleymanov, Nurziyyə Xəlilova, Aydın Mehdiyev, Leyla Ağayeva, Valeri Bazrux, Emil Qazi, Veronika Qriqoryeva, Teymur Bəkirzadə, İradə Əsədova, Fəxrəddin Məmmədov, Vsevolod Tsurikov, Nigar Babayeva, Əhməd Hətəmzadə, Məryəm Nəzərli və Rüstəm Hüseynovun əsərləri təqdim edilib. Sərginin yaradıcılıq ab-havasını şairə Arzu Manaflının oxuduğu şeirlər tamamlayıb.

Fotoqraflar qızmar istinin zamanı dayandırdığı şəklində bir görüntü yaradıblar. İşıq kölgələrinin və günəş enerjisinin asketik gözəlliyinin ekspozisiyası, parlaq işığın və dərin kölgənin sərt təzadları isti Bakı yayının parlaq anlarının ümumi mənzərəsinin detallarını təşkil edir.

Tamaşaçılar üslubları və bədii yaradıcılıq xüsusiyyətlərini müqayisə edərək, bu əsərlərin müəllifləri ilə fəal müzakirələr aparıblar.

Mənbə: AZƏRTAC

FacebookTwitterWhatsappTelegramEmail

MƏLUMAT