XƏBƏRLƏR

Böyük və orta qrant müsabiqələrinin qalibləri olan QHT-lərin rəhbərləri ilə görüş keçirilib

A+A-
Sıfırla

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü il üzrə böyük və orta qrant müsabiqələrinin qalibləri olan QHT-lərin rəhbərləri, təmsilçiləri ilə görüş keçirilib.

Görüşdə Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, həmin Agentliyin Müşahidə Şurasının üzvü Azər Allahverənov və digər məsul şəxslər iştirak edib.

Əvvəlcə Aprel şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla ehtiramla yad olunub.

Görüşdə müsabiqələrin qalibləri təbrik edilib, onların sualları ətraflı cavablandırılıb, gözləntilər izah olunub.

Qeyd edək ki, Gilavar Foto Klubu ictimai birliyi Agentliyin 2024-cü il üzrə böyük qrant müsabiqəsinin qaliblərindən biridir.

FacebookTwitterWhatsappTelegramEmail

MƏLUMAT