28
2026-cı ildə imtiyazlı şəxslərə daha 2 peşənin öyrədilməsi nəzərdə tutulur. Bunlar fotoqrafiya və elektron avadanlıqların təmiri peşələridir.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov 2025-ci ilin yekunlarına və qarşıda duran hədəflərə dair keçirilən mətbuat konfransında deyib.
İdarə Heyətinin sədri bildirib ki, əvvəllər peşələrə 15-29 yaşlı şəxslər qəbul olunurdu. “Artıq müvafiq dəyişikliklə namizədlər üçün 30 yaş həddinin də əlavə edilməsi nəzərdə tutulur”, — deyə o diqqətə çatdırıb.
Mənbə: AZƏRTAC


