FOTOXƏBƏRLƏR

Bulvarda dənizdən tanınmış fotoqrafın meyiti tapıldı

A+A-
Sıfırla

Əslən Cəbrayıl rayonundan olan 1986-cı il təvəllüdlü Eltac Rasim oğlu Zeynalovun meyiti dekabrın 6-da Dənizkənarı Milli Parkın sahilində sudan çıxarılıb.

39 yaşlı fotoqraf Eltac Zeynalovun intihar etməsinin səbəbi də açıqlanıb.

Fotoqrafın əmisi oğlu Səbuhi Zeynalov bildirib ki, Eltac Zeynalov 2-ci qrup əlil idi.

“Onun ayağında dəhşətli ağrılar var idi. 17 ildir bu ağrılarla yaşayırdı. Artıq bu ağrılara dözə bilmədi”, — o, intiharın səbəbi haqda danışarkən bildirib.

Qeyd edək ki, Eltac fiziki məhdudiyyətli insanlarla könüllü iş və təlim, seminarlar təşkil edir və bu mövzu ilə bağlı müxtəlif tədbirlərdə iştirak edirdi.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.

Mənbə: Axar.az, Qafqazinfo

FacebookTwitterWhatsappTelegramEmail