27
Azərbaycanın ilk inklüziv teatrı olan ƏSA Teatrı tərəfindən “Çıxış yoxdur!” fəlsəfi dramının nümayişi anşlaqla keçib.
Dekabrın 17-də Akademik Rus Dram Teatrının səhnəsində nümayiş olunan tamaşa məşhur fransız yazıçı Jan-Pol Sartrın 1944-cü ildə yazdığı “Bağlı qapılar arxasında” əsəri əsasında hazırlanıb.
Quruluşçu rejissor Nihad Qulamzadənin rəhbərliyi altında səhnələşdirilən tamaşa ölümlərindən sonra bir otaqda qapalı qalmağa məhkum edilən üç nəfərdən bəhs edir. Onlar bu otaqda VARLIQ və ya HEÇLİK arasında seçim etməlidirlər.
Rolları aktyorlar Elşən Əsgərov, Səmayə Ağayarova, Lalə Süleymanlı, Elsevər Rəhimov, Səadət Abbasova, Sərxan Nəciyev, Rəna Qarayeva canlandrıblar.