XƏBƏRLƏR

Fotoqraf Ruslan Hacızadə beynəlxalq fəxri dərəcə alıb

A+A-
Sıfırla

Gilavar Foto Klubu ictimai birliyinin üzvü, beynəlxalq dərəcəli fotoqraf Ruslan Hacızadə daha bir uğura imza atıb. Fotoqraf Qlobal Fotoqraflar Birliyinin “Afrodita” (Aphrodite) dərəcəsini qazanıb. Bu cür fəxri ad və dərəcələri qazanmaq üçün fotoqraflar beynəlxalq fotomüsabiqələrdə iştirak etməli, ballar toplamalı və mükafatlar əldə etməlidir. Bütün şərtləri yerinə yetridikdən sonra fəxri ad və dərəcələr üçün müraciət etmək hüququ əldə olunur.

Qeyd edək ki, Ruslan Hacızadə buna qədər Beynəlxalq Foto Sənəti Federasiyasının, Qlobal Fotoqraflar Birliyinin və Türkiyənin Sille Sanat Sarayı fotoklubunun müxtəlif dərəcələrinə də layiq görülüb.

FacebookTwitterWhatsappTelegramEmail

MƏLUMAT