FOTOXƏBƏRLƏR

Fotoqraf “Turan Tovuz”u tənqid edib klubdan ayrıldı

A+A-
Sıfırla

“Turan Tovuz” futbol klubunda könüllü şəkildə çalışan gənc fotoqraf Nihad Yusif klubdan ayrıldığı barədə sosial şəbəkə hesabında status paylaşıb. Paylaşımda deyilir:

“Əziz dostlar, bu gündən etibarən “Turan Tovuz” media komandası ilə əməkdaşlığımı (könüllü göstərdiyim bütün köməklikləri) tam şəkildə dayandırıram.

Bacarıqsız və gördüyü işin məsuliyyətini dərk etməyən insanlarla işləmək artıq məni yorub.

Əmin olun ki, komandada yaşanan problemlər yalnız yaşıl meydanda hakim ədalətsizliyi ilə məhdudlaşmır. Azarkeşi komandadan uzaqlaşdıran və küsdürən problemlər yarıtmaz media komandasında da mövcuddur.

Tənqiddən nəticə çıxarmaq lazımdır!

Bu qərarımın səbəbləri ilə bağlı yaxın zamanda daha ətraflı danışacağam.

«Turan» adının böyüklüyü və «Turan» sevgim kimlərinsə məsuliyyətsizliyinə görə heç vaxt bitməyəcək!

Davamı olacaq…”

FacebookTwitterWhatsappTelegramEmail