XƏBƏRLƏR

Fotoqraflar üçün növbəti dəfə spotinq tədbiri keçiriləcək

A+A-
Sıfırla

Heydər Əliyev Beynəlxalq Aeroportu, Azərbaycanın milli aviadaşıyıcısı AZAL ilə birlikdə peşəkar və həvəskar aviasiya fotoqrafları üçün spotinq tədbiri keçirəcək.

22 iyun tarixində baş tutacaq tədbirdə fotoqraflara hava limanının tərəfdaş aviaşirkətlərinin təyyarələrinin uçuşu və enişi, onların yedəklənməsi, yerüstü aerodrom xidmətlərinin işi və s. fotoları yaddaşa almaq üçün unikal imkan yaradılacaq. Həmçinin, iştirakçılar AZAL-ın təyyarələrinə baş çəkərək salonlarının yenilənmiş dizaynı və komfortu ilə tanış ola biləcəklər.

Tədbir Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin (ATBİ) əməkdaşlarının müşayiəti ilə keçiriləcək.

Müraciətlər iyunun 11-dən 20-dək aşağıdakı linkdə mövcud olan xüsusi forma vasitəsilə qəbul edilir: forms.gle/GtCit8X7R6LPsBgm8

Qeyd edək ki, spotinqdə yaşı 18-dən yuxarı olan bütün aviasiya həvəskarları iştirak edə bilərlər.

FacebookTwitterWhatsappTelegramEmail

MƏLUMAT