Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri elan olunub. Hər üç qrant müsabiqəsi üzrə ümumilikdə 413 qeyri-hökumət təşkilatı qalib olub.
Gilavar Foto Klubu ictimai birliyinin “İtkin düşmüş, əsir və girov götürülmüş şəxslərin hüquqlarının müdafiəsi, mina və partlamamış hərbi sursatların yaratdığı təhlükə və onunla mübarizə” mövzusu üzrə təqdim etdiyi “Təhlükənin kuliMİNAsiya nöqtəsi” layihəsi böyük qrant müsabiqəsində qalib gələn layihələr sırasındadır. Layihə çərçivəsində mina qurbanları ilə bağlı fotolayihənin həyata keçirilməsi və sənədli filmin hazırlanması nəzərdə tutulur.
Qeyd edək ki, Gilavar Foto Klubu ictimai birliyi bundan öncə də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin keçirdiyi qrant müsabiqəsinin qalibi olub və “Məişət zorakılığı” mövzusunda “Bərabərlik” adlı qısametrajlı film çəkilib.