XƏBƏRLƏR

Gilavar Foto Klubu “Mədəniyyət/Culture” jurnalı ilə birgə layihə həyata keçirir

A+A-
Sıfırla

Cari ilin yanvar ayından etibarən Gilavar Foto Klubu Mədəniyyət Nazirliyinin təsisçiliyi ilə yeni adla nəşr olunan “Mədəniyyət/Culture” elmi-metodiki, publisistik jurnalı ilə birgə yeni rubrikaya start verib.

“Həmkarlarımız” adlanan rubrikada Azərbaycan foto sənətinin inkişafına töhvə verən, çəkdikləri fotolarla tarix yazan, Azərbaycanı xarici ölkələrdə və beynəlxalq fotomüsabiqələrdə təmsil edən fotoqraflar və fotomüxbirlər ilə söhbətlər yer alacaq. Eyni zamanda, onların qazandıqları nailiyyətlər, onlara uğur gətirən fotolar, fotoqraf həmkarlarına  tövsiyələr də oxuculara çatdırılacaq. Dərginin ilk nömrəsində jurnalın baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Zöhrə Əliyeva Gilavar Foto Klubunun həmsədrləri Dilavər Nəcəfov və Rəşad Mehdiyev ilə həmsöhbət olub. Söhbət zamanı klubun gördüyü işlər və layihələr, fotoqrafların beynəlxalq fotomüsabiqələrdə əldə etdiyi nailiyyətlər, eləcə də onların statistikası barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, Gilavar Foto Klubu 2017-ci ilin dekabr ayının 1-də yaradılıb. Klubun məqsədi ölkədə fotoqrafiyanın inkişafına töhfə vermək, yaradıcı insanların imkanlarından istifadə etmək, istedadlı fotoqrafları üzə çıxarmaq, onların bu sahəyə maraq göstərmələrinə, beynəlxalq fotomüsabiqələrdə iştirak etmələrinə dəstək vermək və ölkəmizi dünyada fotolar vasitəsi ilə tanıtmaqdır.

FacebookTwitterWhatsappTelegramEmail

MƏLUMAT