“Gilavar Foto Klubu” İctimai Birliyi Mədəniyyət Nazirliyinin elan etdiyi qrant müsabiqəsinin qalibi olub. Birlik tərəfindən “İRS mobil tətbiqinin hazırlanması” layihəsi icra olunacaq.
Layihənin əsas məqsədi müasir texnologiya və rəqəmsal alətlərdən istifadə etməklə mədəni irs və tarixi-mədəni abidələrimizin təbliğ edilməsi və gələcək nəsillərə ötürülməsidir. Layihə çərçivəsində ilə bağlı rəqəmsal platformanın zənginləşdirilməsi, Azərbaycanın qərb bölgəsinin mədəni irsi və tarixi-mədəni abidələri həmin obyektlər haqqında məlumatların (foto, tarixi faktlar və s.) əks olunması nəzərdə tutulur.
Qeyd edək ki, hazırki layihə Qarabağ və Şərqi Zəngəzurda mədəni irs və tarixi-mədəni abidələrlə bağlı icra olunan layihənin davamıdır. İlk layihə zamanı “Gilavar Foto Klubu” İctimai Birliyi tərəfindən irs.gilavar.az veb-saytı yaradılıb və istifadəyə verilib.
Qrant müsaibiqələrinə ümumi olaraq 220 layihə daxil olub. Müraciətlərin qəbulu bitdikdən sonra, QHT-lərdən toplanmış layihə təkliflərinə dair sənədlərin ekspertizası aparılıb, layihələr təhlil edilib, layihə təqdimatları dinlənilib və 54 qeyri-hökumət təşkilatının layihəsi qalib olaraq müəyyənləşdirilib.


