FOTOXƏBƏRLƏR

“Gilavar Foto Klubu” QHT Agentliyi və Qarabağ Dirçəliş Fondunun birgə müsabiqəsinin qalibi oldu

A+A-
Sıfırla

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Qarabağ Dirçəliş Fondunun birgə elan etdiyi “Mina və partlamamış hərbi sursatlar probleminə dair təşəbbüslər” qrant müsabiqəsinin nəticələri elan olunub. Müsabiqənin qalibləri sırasında «Gilavar Foto Klubu» İctimai Birliyi də yer alıb. Təşkilat tərəfindən təqdim olunan “Məqsəd 18: Minasız dünya” fotosərgiləri layihəsi komissiya tərəfindən uğurlu hesab edilərək dəstəklənib.

İşğaldan azad edilmiş ərazilərdəki mina və partlamamış hərbi sursat təhlükəsi ilə bağlı məlumatlılığı artırmaq məqsədi daşıyan bu layihə, fotoqrafiyanın təsir gücündən istifadə edərək problemə beynəlxalq və yerli ictimaiyyətin diqqətini çəkməyi hədəfləyir.

FacebookTwitterWhatsappTelegramEmail