XƏBƏRLƏR

Gilavar Foto Klubuna Təşəkkürnamə təqdim edilib

A+A-
Sıfırla

Mayın 8-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində 28-29 aprel tarixlərində “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində sərgiləri nümayiş etdirilən bir sıra qeyri-hökumət təşkilatlarının sədrləri ilə görüş keçirilib.

Görüşdə Agentliyin İcraçı direktoru Aygün Əliyeva vətəndaş cəmiyyəti üçün yüksək əhəmiyyət kəsb edən Qlobal Cənub QHT Platformasının ölkəmizdə təsis edilməsinin əhəmiyyətindən bəhs edərək, tədbir çərçivəsində qonaqların marağına səbəb olan sərgiləri təşkil etdiklərinə görə QHT sədrlərinə təşəkkür edib.

Görüşdə “Gilavar Foto Klubu” ictimai birliyinin sədri Rəşad Mehdiyev də iştirak edib.

Sonda QHT-lərə Agentliyin təşəkkürnamələri təqdim edilib.

Qeyd edək ki, konfrans günlərində “Gilavar Foto Klubu” ictimai birliyi tərəfindən Azərbaycanda mina qurbanlarına həsr olunan “Düyməni sıxan ayaqlar” adlı fotosərgi də konfrans iştirakçılarına nümayiş etdirilib. Adıçəkilən sərgi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Təhlükənin kulMİNAsiya nöqtəsi” layihəsi çərçivəsində həyata keçirilib.

FacebookTwitterWhatsappTelegramEmail