33
“Gilavar Foto Klubu” İctimai Birliyinin üzvləri may ayının 17-22-də Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) uğurla iştirak edib.
Birliyin müxtəlif dövlət qurumlarında, özəl təşkilatlarda və mediada çalışan 32 üzvü WUF13-ün keçirildiyi məkanda fotoqraf kimi iştirak edib. Onlar hər gün mötəbər tədbirin işıqlandırılmasına öz töhfələrini veriblər.
Bundan əlavə, “Gilavar Foto Klubu” İctimai Birliyi qeyri-hökumət təşkilatı fəaliyyəti ilə yanaşı, həm də media kimi təmsil olunub. Belə ki, təşkilatın 12 üzvü “Gilavar Foto Klubu” adı altında media akkreditasiyasından keçərək fotomüxbir kimi fəaliyyət göstərib.


