FOTOXƏBƏRLƏR

Gilavar Foto Klubunun üzvü AFFA-nın fotoqrafı oldu

A+A-
Sıfırla

“Gilavar Foto Klubu” İctimai Birliyinin üzvü, beynəlxalq idman fotoqrafı Məhəmməd Məmmədov Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə əməkdaşlığa başlayıb.

AFFA ilə yeni əməkdaşlığı çərçivəsində o, Azərbaycan milli komandalarının və federasiyanın fəaliyyətinin ən önəmli anlarını işəqlandıracaq.

Məhəmməd Məmmədov uzun illərdir idman fotoqrafiyası sahəsində fəaliyyət göstərir. O, hazırda “Qarabağ” FK ilə əməkdaşlığını da davam etdirir və klubun yerli, eləcə də beynəlxalq turnirlərdəki fəaliyyətini işıqlandırır. Bununla yanaşı, UEFA yarışları və digər nüfuzlu idman tədbirlərində çəkdiyi fotolar yerli və beynəlxalq media orqanlarında yayımlanıb.

İyulun 3-də 23 yaşını qeyd edən Məhəmməd eyni zamanda Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) üzvüdür və beynəlxalq idman tədbirlərində ölkəmizi təmsil edir.

Gilavar Foto Klubu olaraq üzvümüzü həm doğum günü, həm də peşəkar fəaliyyətindəki bu yeni mərhələ münasibətilə təbrik edir, ona yeni uğurlar, yaradıcılığında daha böyük nailiyyətlər arzulayırıq.

FacebookTwitterWhatsappTelegramEmail