XƏBƏRLƏR

Gilavar Foto Klubunun üzvü QHT-lərin V İnkişaf və Mübadilə Proqramında iştirak edib

A+A-
Sıfırla

Şamaxıda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə “QHT-lərin V İnkişaf və Mübadilə Proqramı” keçirilib. “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən proqramda 100-ə yaxın QHT-dən təmsilçilər iştirak edib.

3 gün ərzində Şamaxı Tədris Mərkəzində davam edənproqramda layihələlərin hazırlanması, məqsəd və vəzifələrinin müəyyənləşdirilməsi, icra mərhələləri, dataların toplanması və təhlili, qərar qəbulu prosesi, hədəf qrupları, tərəfdaşlarla iş və s. kimi mühüm mövzularda QHT-lərin bilik və bacarıqları artırılacaq, “İqlim dəyişmələrinə qarşı mübarizə və ətraf mühitin qorunmasına dair fəaliyyətin hazırlanması, problemin düzgün müəyyən olunması” mövzusunda praktiki qrup işləri təşkil olunub. Təlimlər layihələrin tərtibi üzrə beynəlxalq dərəcəli ekspertlər tərəfindən aparılıb.

Təlimin yekununda uğurlu nəticə göstərən QHT-lərə sertifikatlar təqdim olunub. Təlimdə Gilavar Foto Klubu ictimai birliyinin üzvü Esmira Əliyeva da iştirak edib.

Müəllif: Esmira Əliyeva

FacebookTwitterWhatsappTelegramEmail

MƏLUMAT