3
“Gilavar Foto Klubu” İctimai Birliyinin üzvü, AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərovun fotosu Finlandiyada keçirilən “18th Finland International Digital Circuit 2026” beynəlxalq müsabiqəsində Beynəlxalq Foto Sənəti Federasiyasının (FIAP) qızıl medalına layiq görülüb.
Müsabiqənin əsas mükafatı olan FIAP-ın qızıl medalını monoxrom fotoqrafiya nominasiyasında fotomüxbirin “Zebras” adlı əsəri qazanıb.
Qeyd edək ki, üç nominasiya üzrə keçirilən fotomüsabiqədə dünyanın 57 ölkəsindən 509 müəllif iştirak edib.


