XƏBƏRLƏR

KİV nümayəndələri üçün “Koronavirus 2” adlı virtual fotosərgi hazırlanılıb

A+A-
Sıfırla

Dünyanı cənginə almış koronavirus pandemiyası Azərbaycandan da yan keçməyib. Bu çətin dönəmdə “Görünməyən qəhrəmanlar” adlandırılan bir çox peşə sahibləri kimi, kütləvi informasiya vasitələrinin nümayəndələrinin də rolu danılmazdır. Çünki bu peşə sahibləri də öz sağlamlığını təhlükə altına ataraq virusla mübarizə aparanlarla çiyin-çiyinə əzmlə çalışaraq əhalini məlumatlandırmağa çalışırlar.

Bir müddət öncə pandemiya dövründə fədakarlıqları ilə seçilənlər sırasında mətbuatda çalışan fotoqrafların xüsusi yeri olduğunu, onların öz sağlamlığını təhlükə altına ataraq karantin günlərində virusun yaratdığı fəsadları fotokameralarının yaddaşına həkk etmələri barədə məlumat verilmişdir. Bununla əlaqədar olaraq Gilavar Foto Klubu fərqli sosial layihə ilə çıxış etmişdir. “Evdə qal, evdə yarat” təşəbbüsünə qoşulan fotoklub tərəfindən “Koronavirus” adlı virtual foto sərgi hazırlanıb. Sərgiyə olan maraq nəzərə alınaraq layihənin davamı kimi “Koronavirus 2” adlı ikinci bir virtual sərgi ərsəyə gətirilib.

Layihənin rəhbəri, fotoqraf Rəşad Mehdiyevin sözlərinə görə, bu dəfə fotoklub tərəfindən fərqli mövzuda virtual fotosərgi hazırlanıb. Ümumiyyətlə bu virtual sərginin yaradılmasında məqsəd heç bir çətinliyə baxmayaraq xəstəlik riskini göz önünə alaraq kadr arxasında qalaraq peşə fəaliyyətini davam etdirən insanları cəmiyyətə tanıtdırmaqdır. Eyni zamanda, bu insanların zəhmətlərinə cüzi də olsa dəyər və dəstək verməkdir. İlk virtual sərgidən fərqli olaraq bu sərgidə adi və sərt karantin günlərində yalnız iş başında olan media nümayəndələrinin fotoları sərgilənir. Virtual sərgidə 5 mətbuat katibi, 19 jurnalist, 19 fotoqraf və 12 video operatorun 55 şəxsi fotosu yer alıb”.

Qeyd edək ki, Gilavar Foto Klubu tərəfindən hazırlanan “Koronavirus” adlı ilk virtual sərgidə 19 azərbaycanlı fotoqrafın pandemiya dövründə çəkdiyi 56 fotosu sərgilənib.

FacebookTwitterWhatsappTelegramEmail

MƏLUMAT