FOTOXƏBƏRLƏR

Peşəkar fotoqraf İlqar Cəfərov 3 qızıl medal qazanıb

A+A-
Sıfırla

“Gilavar Foto Klubu” İctimai Birliyinin üzvü, peşəkar fotoqraf İlqar Cəfərov Kanada, Monteneqro, eləcə də Bosniya və Herseqovinada keçirilən beynəlxalq fotomüsabiqələrdə üç qızıl medala layiq görülüb.

Kanadada keçirilən “3rd Fine Shot 2026 International Salon of Photography” beynəlxalq fotomüsabiqəsində dünyanın müxtəlif ölkələrindən 212 fotoqraf iştirak edib. İlqar Cəfərovun 2016-cı ildə Rio Paralimpiya Oyunlarında çəkdiyi “The Moment of the Jump” adlı fotoşəkil Beynəlxalq Fotoqrafiya Sənəti Federasiyasının (FIAP) qızıl medalına layiq görülüb.

Monteneqroda keçirilən “Gold Camera 2026” beynəlxalq fotomüsabiqəsində dünyanın 56 ölkəsindən 266 fotoqraf iştirak edib. İlqar Cəfərovun 2019-cu ildə Bakıda, Milli Gimnastika Arenasında lentə aldığı “Hoop Rotation” fotoşəkli Dünya Foto Təşkilatları Federasiyasının (FPO) qızıl medalı ilə mükafatlandırılıb.

Bosniya və Herseqovinada keçirilən “Photo Emotion 2026” beynəlxalq fotomüsabiqəsinə isə 52 ölkədən 186 fotoqraf qatılıb. İlqar Cəfərovun Rio 2016 Paralimpiya Oyunlarında çəkdiyi “Coach in Paralympic Basketball” fotoşəkli müsabiqə salonunun qızıl medalına layiq görülüb.

Beləliklə, azərbaycanlı fotoqraf üç müxtəlif beynəlxalq fotomüsabiqədə üç qızıl medal qazanıb.

FacebookTwitterWhatsappTelegramEmail