LAYİHƏLƏR

Səhhətə diqqət, çək

A+A-
Sıfırla

“Gilavar Foto Klubu” İctimai Birliyi Cənubi Qafqazın ən böyük klinikası Təbibin tabeliyində Yeni Klinika ilə birgə fotoqraflar üçün sosial layihə həyata keçirib.

“Səhhətə diqqət, çək” adlı layihə çərçivəsində fotoqraflar Yeni Klinikada tətbiq olunan icbari tibbi sığorta sisteminin Xidmətlər Zərfi çərçivəsində tam ödənişsiz tibbi müayinə olunub və peşəkar həkimlərin məsləhətindən yararlanıblar.

Məqsəd çətin, məsuliyyətli, stressli və təhlükəli sahələrdən birində çalışan fotoqrafları səhhətlərinə vaxtında, mütəmadi və lazımi qədər diqqət ayırmasına təşviq etməkdir.

Birliyin sədri Rəşad Mehdiyevi bildirib ki, hazırda istər müxtəlif kütləvi informasiya vasitələrində, istərsə də fərdi şəkildə fəaliyyət göstərən bir çox fotoqraflar bir çox hallarda isə fasiləsiz və istirahətsiz olaraq gərgin çalışırlar. Nəticədə isə özlərinin də xəbəri olmadan səhhətlərində problemlər yaranır, müxtəlif xəstəliklər “qazanırlar”. Birlik olaraq bu məqamları nəzərə alaraq klubumuzun üzvlərinin və fotoqrafların ilkin müayinəsi ilə bağlı sosial layihə həyata keçirməyi qərara aldıq. Təklifimizi Yeni Klinika tibb müəssisəsinin rəhbərliyinə bildirdik və bizim bu təklifimiz müsbət dəyərləndirildi. Bir neçə gün ərzində klinikada 30-dan artıq fotoqraf müxtəlif müayinələrdən keçib, şikayətləri ilə bağlı həkim məsləhətləri alıblar.

FacebookTwitterWhatsappTelegramEmail

MƏLUMAT