FOTOXƏBƏRLƏR

Sloveniyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

A+A-
Sıfırla

Oktyabrın 9-da Azərbaycanın “Gilavar Foto Klubu” İctimai Birliyi BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi “minasız dünya” məqsədinin elan edilməsi üçün başlatdığı beynəlxalq kampaniyanı Sloveniya Respublikasının Lyublyana şəhərində davam etdirib. Sloveniyanın Azərbaycan Türk Mədəniyyəti Assosiasiyasının tərəfdaşlığı ilə Konqres Meydanında ekspozisiya açılıb.

Ekspozisiyada Ermənistanın mina müharibəsindən zərər çəkmiş azərbaycanlıların həyat hekayələrini, mina partlayışlarının ağır nəticələrini özündə əks etdirən sənədli fotoşəkillər sərgilənib.

Ziyarətçilərin diqqətinə çatdırılıb ki, işğal dövründə Ermənistan tərəfindən Azərbaycan əraziləri minalarla kütləvi şəkildə çirkləndirilib, bir neçə gün öncə — oktyabrın 8-də Cəbrayılın Dağmaşanlı kəndində növbəti mina partlayışı hadisəsi baş verib, 2 nəfər dinc sakin xəsarət alıb, beləliklə, minadan xəsarət alanların sayı 441-dən 443-ə çatıb. Bu rəqəm sərgidəki məlumat lövhəsində əks etdirilib.

“Gilavar Foto Klubu” Azərbaycanın QHT Agentliyinin və Qarabağ Dirçəliş Fondunun ANAMA-nın tərəfdaşlığı ilə birgə elan etdiyi “Mina və partlamamış hərbi sursatlar probleminə dair təşəbbüslər” qrant müsabiqəsinin 2026-cı il üzrə qalibidir.

FacebookTwitterWhatsappTelegramEmail