Tanınmış fotoqraf Valeh Arifoğlu ağır avtoqəza keçirib. Bu barədə fotoqraf özünün sosial şəbəkə hesabındakı statusunda məlumat paylaşıb.
Hadisənin bir neçə gün əvvəl baş verdiyini bildirən V.Arifoğlu qəzada xəsarət almasa da, avtomobilinə ciddi ziyan dəydiyini qeyd edib. O, sürücüləri yollarda ehtiyatlı olmağa çağırıb. Fotoqraf paylaşımında bu sözləri yazıb:
“Bir neçə gün əvvəl ağır yol-nəqliyyat hadisəsi keçirdim. Şükür Allaha ki, sağ-salamat qaldım, amma avtomobilimə ciddi ziyan dəydi. Mənim heç bir günahım olmasa da, bəzən qəza qaçılmaz olur. Hər şey bir anın içində baş verdi. Dostlar, sükan arxasında hər zaman diqqətli olun. Heç yerə tələsməyin. Allah hamınızı qorusun, yolunuz hər zaman açıq olsun”.


