FOTOXƏBƏRLƏR

Vətən müharibəsi şəhidlərinin övladlari üçün mobiloqrafiya təlimi keçirilib

A+A-
Sıfırla

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi (DOST RİM) və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin (DOST İİYM) birgə təşkilatçılığı ilə Vətən müharibəsi şəhidlərinin övladları üçün mobiloqrafiya təlimi keçirilib.

Təlim zamanı DOST RİM-in əməkdaşı iştirakçılara mobil telefon vasitəsilə foto və video çəkilişin əsas prinsipləri, düzgün kadr seçimi, kompozisiya qurulması və çəkiliş texnikaları barədə məlumat verib.

Nəzəri hissədən sonra uşaqlar DOST İİYM-in təlim studiyaları ilə tanış olub, öyrəndikləri bilikləri praktiki şəkildə tətbiq edərək müxtəlif foto və video çəkilişlər həyata keçiriblər.

Təlimin növbəti mərhələsində iştirakçılara video montajı və mobil cihazlarda istifadə olunan redaktə proqramları barədə məlumat verilib.

Tədbirin sonunda iştirakçılara təlimdə iştiraklarına görə DOST RİM və DOST İİYM tərəfindən sertifikatlar təqdim olunub.

FacebookTwitterWhatsappTelegramEmail