FOTOXƏBƏRLƏR

“Fotoqraf anamın gözünü kor etdi, rejissorlar onu filmə çəkmirdilər” – məşhur aktrisanın acı taleyi

A+A-
Sıfırla

“Mən teatrda elə bil ki, evimizdə idim. O vaxt teatr ailə kimi idi. İndi teatrlarda vəziyyət dəyişib. Anam o vaxtı məni teatrdakı aktrisaların evində qoyub qastrol səfərlərinə gedirdi. Nəcibə Məlikova, Leyla Bədirbəyli ilə anamın əla münasibəti var idi. Mehdi Məmmədovun bir neçə tamaşasında mən də oynamışam. Hətta maaş da alırdım. Anamla bir neçə tamaşada tərəf müqabili də olmuşuq. İnstituta gec daxil olmuşdum. Anam dedi ki, “mən sənin indiki yaşında artıq tanınmış aktrisa idim, sən bu yaşda teatra getsən bundan sonra neyləyəcəksən?”. Teatra getməyimi məsləhət görməyəndən sonra məcbur qalıb 1962-ci ildə televiziyaya getdim. Arif Babayev kimi rejissorun asistenti idim. 2006-cı ilə qədər televiziyada çalışmışam”.

Bunu ilk qadın televiziya rejissoru Solmaz Həmzəyeva deyib.

O daha sonra anası, görkəmli aktrisa Barat Şəkinskayadan, anasının başına gələn bədbəxt hadisəni danışıb:

“Teatrda belə idi ki, premyera qabağı fotoqraf gəlib tamaşadan səhnələr çəkirdi, nələrsə qeyd edirdilər. Elə olub ki, fotoqraf naşi olub. Bir fotonu bir neçə dəfə çəkib. Fotoqraf civə ilə yanan lampanı bağlamaq əvəzinə açıq qoyub. İşıq anamın gözünü zədələmişdi. Anamın bir gözünü çıxarıb, yerinə şüşə göz qoydular. Cavan və naşi bir fotoqrafın səhvi ucbatından anam gözündən oldu. Hətta ömrünün son illərində onu evə çəkməyə gələn jurnalistlərə deyirdi ki, “gözlə, qoy gözümü taxım gəlirəm”. Bir gözünü itirdiyi üçün ömrünün son illərini heç yerə çıxmırdı. Elə evdə vaxt keçirirdi. Yaşı 80-ni atlamışdı. Evdə də canını tapşırmışdı” deyə sənətkarın övladı bildirib.

Mənbə: Moderator.az

FacebookTwitterWhatsappTelegramEmail