FOTOXƏBƏRLƏR

“Gilavar” mobil tətbiqini artıq “App Store”-dan da yükləmək mümkündür

A+A-
Sıfırla

“Gilavar Foto Klubu” İctimai Birliyinin rəsmi mobil tətbiqi daha geniş auditoriyanı əhatə etmək məqsədilə artıq iOS əməliyyat sistemi üçün də hazırlanıb istifadəyə verilib.

Bundan əvvəl yalnız Android cihazları üçün “Play Market” platformasında mövcud olan tətbiq, artan tələbat nəzərə alınaraq “App Store” platformasına da əlavə edilib. Bununla da hər iki əsas mobil əməliyyat sisteminin istifadəçiləri tətbiqin imkanlarından rahatlıqla yararlana biləcəklər.

Qeyd edək ki, mobil tətbiqin əsas məqsədi Azərbaycan fotoqrafiya sahəsinə aid olan bütün məlumat və materialları vahid bir mənbədə toplayaraq oxuculara və fotosevərlərə operativ şəkildə çatdırmaqdır. İstifadəçilər birliyin rəsmi gilavar.az veb-saytına brauzer vasitəsilə daxil olmadan, birbaşa mobil tətbiq üzərindən ən son xəbərləri, elanları və foto layihələri daha tez əldə edə bilirlər.

“Gilavar” mobil tətbiqini müvafiq olaraq “Play Market” və “App Store” axtarış sistemlərindən cihazlara ödənişsiz şəkildə yükləmək mümkündür.

Tətbiqi yükləmək üçün keçidlər:

iOS (App Store)Android (Play Market)

FacebookTwitterWhatsappTelegramEmail