FOTOXƏBƏRLƏR

Haaqada fotoqraf Etibar Cəfərovun sərgisi keçiriləcək

A+A-
Sıfırla

Aprelin 18-də Niderland Krallığının Haaqa şəhərində fotoqraf Etibar Cəfərovun “Şərq və Qərb bir arada” adlı fotosərgisi keçiriləcək.

Sərgi “Azərbaycan-Niderland Odlar Yurdu Cəmiyyəti”nin təşkilatçılığı, Niderland Azərbaycanlıları Koordinasiya Şurası və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutur.

Tədbir 2026-cı ilin Azərbaycanda “Memarlıq və şəhərsalma ili” elan edilməsi, eləcə də 18 aprel tarixinin Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunması münasibətilə təşkil edilir.

FacebookTwitterWhatsappTelegramEmail