FOTOXƏBƏRLƏR

Şabranlı fotoqraf özünüməşğulluq proqramı ilə şəxsi biznesini qurub

A+A-
Sıfırla

Azərbaycan dövlətinin sosial siyasətinin mərkəzində vətəndaş rifahı, xüsusilə də işsiz və aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi dayanır. Bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən icra olunan özünüməşğulluq proqramı vətəndaşların dövlət vəsaiti hesabına kiçik bizneslərini qurmalarına və gəlirlərini dayanıqlı şəkildə artırmalarına geniş imkanlar yaradır.

Şabran sakini, gənc fotoqraf Allahverdi Allahverdiyev dövlətin yaratdığı bu imkandan faydalanaraq öz fərdi fotoatelyesini qurub.

“Mən 15 ildən çoxdur fotoqrafiya ilə məşğulam. Toylar və el şənliklərində foto və videoçəkilişlər edirəm. Bu sahədə daha da inkişaf etmək və öz şəxsi studiyamı qurmaq istəyirdim. Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən özünüməşğulluq proqramı haqqında məlumat aldıqdan sonra iştirak üçün müraciət etdim. Təlim kurslarını uğurla başa vurduqdan və imtahanlardan keçdikdən sonra proqramın iştirakçısı oldum. Mənə kiçik fotoatelye üçün lazım olan aktivlər təqdim edildi. İndi öz şəxsi biznesimi qurmuşam”, — deyə Allahverdi Allahverdiyev söyləyib.

Mənbə: AZƏRTAC

FacebookTwitterWhatsappTelegramEmail