“Gilavar Foto Klubu” İctimai Birliyinin üzvü, AZƏRTAC-ın fotomüxbiri, Əməkdar mədəniyyət işçisi İlqar Cəfərov beynəlxalq fotomüsabiqələrdə növbəti uğura imza atıb. Fotoqrafın əsərləri Rumıniya və Serbiyada keçirilən nüfuzlu beynəlxalq müsabiqələrdə ümumilikdə 3 qızıl medala layiq görülüb.
Rumıniyada Beynəlxalq Foto Sənəti Federasiyasının (FIAP) himayəsi altında keçirilən “10th Romanian Grand Circuit 2026” beynəlxalq fotomüsabiqəsində İlqar Cəfərovun “Paralimpik athlete” fotoşəkli “Varadinum” qızıl medalını qazanıb.
Fotomüxbirin Serbiyada keçirilən “Cleaning” fotoşəklinə isə “Blenda 2026” beynəlxalq fotomüsabiqəsində Serbiya Fotoqraflar Birliyinin qızıl medalı verilib.
Bununla yanaşı, Serbiyada keçirilən “Good Light 2026” adlı digər beynəlxalq fotomüsabiqəsində “By the sea” fotosu Beynəlxalq Bədii Fotoqraflar Assosiasiyasının (IAAP) qızıl medalına layiq görülüb.
Qeyd edək ki, İlqar Cəfərovun müxtəlif janrlarda çəkdiyi fotolar indiyədək bir sıra beynəlxalq sərgi və müsabiqələrdə uğur qazanaraq Azərbaycan fotosənətinin beynəlxalq aləmdə tanıdılmasına töhfə verib.








