FOTOXƏBƏRLƏR

AMEA-nın vitse-prezidenti: Reza Deqatinin fotoları illər keçsə də öz əhəmiyyətini itirməyəcək

A+A-
Sıfırla

Reza Deqatinin Azərbaycan həqiqətlərini əks etdirən fotoları ilə tanış olmaq və onunla bilavasitə görüşmək xüsusi əhəmiyyət daşıyır.

Bu fikirləri AMEA-nın vitse-prezidenti akademik Dilqəm Tağıyev dünyaşöhrətli fotoqraf Reza Deqatinin kitablarının təqdimat mərasimində çıxışı zamanı bildirib. O, fotoqrafın yaradıcılığını yüksək qiymətləndirərək onun çəkdiyi fotoların tarixi yaddaş baxımından əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, həyatda baş verən hadisələri yaddaşlarda yaşatmaq, onları gələcək nəsillərə çatdırmaq hər kəsə nəsib olmur. Reza Deqatinin gördüyü işin əsas dəyəri də məhz bu missiyanı yerinə yetirməsindədir.

Dilqəm Tağıyev vurğulayıb ki, fotoqrafın lentə aldığı hadisələr, insan taleləri və tarixi məqamlar illər keçsə də öz əhəmiyyətini itirməyəcək, gələcək nəsillərin yaddaşında yaşayacaq.

Akademik Reza Deqatinin çətin və riskli şəraitdə fəaliyyət göstərdiyini, bir çox insanın cəsarət etmədiyi addımları ataraq Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırdığını bildirib. Onun sözlərinə görə, bu fəaliyyətə sözlə qiymət vermək çətindir.

Dilqəm Tağıyev fotoqrafa möhkəm cansağlığı və gələcək fəaliyyətində uğurlar arzulayıb. Bildirib ki, Reza Deqatinin bundan sonra da öz yaradıcılığı ilə Azərbaycanın həqiqətlərini, milli dəyərlərini beynəlxalq miqyasda tanıtmaq missiyasını davam etdirəcəyinə inanır.

Mənbə: AZƏRTAC

FacebookTwitterWhatsappTelegramEmail