XƏBƏRLƏR

Üzeyir Hacıbəylinin güllələnmiş heykəlinin əks olunduğu foto beynəlxalq festivalda nümayiş etdirilir

A+A-
Sıfırla

 

Azərbaycanlı fotoqraf Nurlan Tahirli Cənubi Koreyanın Yeonguol şəhərində keçirilən “DongGang-2023” beynəlxalq fotofestivalında ölkəmizi təmsil edir.

Dünyanın müxtəlif ölkələrindən “DongGang-2023” beynəlxalq fotofestivalında iştirak etmək üçün çoxsaylı müraciətlər daxil olsa da, festivalda yalnız xüsusi istedada malik 19 fotoqrafın fotoları sərgilənir. Onun Şuşada lentə aldığı “Natəvanın sarayında panoramik pəncərələrdən mənzərə” və “Üzeyir Hacıbəylinin güllələnmiş heykəli” fotoları sərgidə nümayiş olunur.

Hər il fərqli mövzularda keçirilən festivalın budəfəki mövzusu “Sehrli naməlumlar”dır (The Magical Unknowns). Fotolar “DongGang” Fotoqrafiya Muzeyinin yaxınlığında açıq səma altında sərgilənir.

Festivalın iyunadək davam etməsi nəzərdə tutulur.

Qeyd edək ki, beynəlxalq dərəcəli fotoqraf Nurlan Tahirli Gilavar Foto Klubu ictimai birliyinin üzvüdür.

FacebookTwitterWhatsappTelegramEmail

MƏLUMAT