XƏBƏRLƏR

“Run for Art” beynəlxalq fotomüsabiqəsinin qalibləri elan edilib

A+A-
Sıfırla

“Giulio Onesti” Fondu «Run for Art» beynəlxalq fotomüsabiqəsinin qaliblərini elan edib.

“Run for Art” beynəlxalq fotomüsabiqəsinin qalibləri arasında Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) əməkdaşı Mirağa Əliyev də yer alıb. MOK-un əməkdaşı, “Gələcəkdə idman və ətraf mühit” kateqoriyasında “Olimpiya Günü” fotosu ilə birinci yerə layiq görülüb.

“İdman və mədəni mühit” kateqoriyasında hindistanlı Sudip Maiti “Qədim sənət”, “İdman və sosial mühit” kateqoriyasında Arpan Choudhury (Hindistan) “Maariflənmiş canlar”, “İdman və şəhər mühiti” kateqoriyasında Ayman Yusef (İtaliya) “Sətirlər arasındakı hiylə”, “İdman və təbii mühit” kateqoriyasında isə fransalı Jean-Baptiste Liautar “Dune” fotosu ilə qaliblər sırasında yer alıblar.

“Run for Art” gənc fotoqraflar üçün “Culio Onesti” Fondu tərəfindən hazırlanmış beynəlxalq fotomüsabiqədir. Müsabiqənin məqsədi bədii forma olan fotonun yaradıcı enerjisini və idmanın əzmini, yəni, incəsənəti və idmanı birləşdirməkdir. Müsabiqə dünyanın istənilən ölkəsindən qatıla biləcək həvəskar və peşəkar fotoqraflar üçün nəzərdə tutulub.

Hər müsabiqə üçün 5 fərqli mövzu təklif edilir: kateqoriyaların sayı simvolik olaraq 5 Olimpiya halqasını ifadə edir. İdmanda etika, müxtəliflik və inkluzivlik kimi mövzular idman və foto kimi universal vasitələrin köməyi ilə araşdırılır. Fotoşəkillər incəsənəti, idmanı və medianı təmsil edən beynəlxalq münsiflər tərəfindən seçilir.

Mənbə: AZƏRTAC

FacebookTwitterWhatsappTelegramEmail

MƏLUMAT