Azərbaycanın Rusiyadakı səfirliyi Heydər Əliyev Fondunun Moskvadakı nümayəndəliyi ilə birgə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş xatirə gecəsi təşkil edib.
Tədbirdə Dövlət Dumasının deputatları, diplomatik nümayəndəliklərin rəhbərləri, Rusiyanın tanınmış ictimai xadimləri, Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin əməkdaşları, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) fəalları və Azərbaycan diasporunun görkəmli nümayəndələri iştirak ediblər.
Tədbirin qonaqları 1984-cü ildə Baykal-Amur Magistralına səfəri zamanı Heydər Əliyevi müşayiət edən “Vostoçno-Sibirskaya Pravda” qəzetinin əməkdaşı Valeri Karasyovun çəkdiyi fotolardan ibarət sərgi ilə tanış olublar. Ust-Kutdan Sakit okeana qədər bütün yol boyu Karasyov Ulu Öndər Heydər Əliyevin BAM-ın yerli rəhbərliyi və qəhrəmanları ilə görüşlərini lentə alıb. Həmin səfərdən bəhs edən fotomaterialları – 1600 şəkli – fotomüxbir Azərbaycanın Rusiyadakı səfirliyinə hədiyyə edib. Bu fotoşəkillərin bir hissəsi tədbirdə təqdim edilib.
Mənbə: AZƏRTAC