40
Mayın 9-da Moskva şəhərində Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki “Azərbaycan” pavilyonunda 1941-1945-ci illərdə faşizm üzərində Qələbədə Azərbaycanın roluna həsr olunmuş tədbirlər təşkil olunub.
Onlardan biri “Azərbaycanın faşizm üzərində Qələbədə rolu” adlı fotosərgi olub. Qonaqlara Qələbə Gününü hərbi əməyi və şücaətləri ilə yaxınlaşdıran Azərbaycanın oğul və qızlarından, görkəmli həkimlərinin, bəstəkarlarının, yazıçılarının, əfsanəvi kəşfiyyatçıların və tanınmış hərbi rəhbərlərinin həyatından danışılıb.
Gün ərzində pavilyonun mərkəzi zalında Azərbaycan kinematoqrafçılarının Böyük Vətən müharibəsi haqqında, habelə qəhrəmanların sücaətindən bəhs edən müasir sənədli və bədii filmlər nümayiş olunub.
Mənbə: AZƏRTAC