Gilavar Foto Klubu ictimai birliyinin üzvü, AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərov Hindistanda və Serbiyada keçirilən beynəlxalq fotomüsabiqədə 3 qızıl medala layiq görülüb.
Beynəlxalq Fotoqrafiya Sənəti Federasiyası (FIAP) tərəfindən Hindistanda keçirilən Sparkling International Salon 2024 fotomüsabiqəsinə dünyanın 35 ölkəsindən 129 iştirakçı 1611 fotoşəkil göndərib.
FIAP-ın qızıl medalına İlqar Cəfərovun “Athlete Willpower” fotoşəkili layiq görülüb.
Serbiyada keçirilən World Photo Trip 2024 fotomüsabiqəsində isə 115 iştirakçı arasında fotomüxbirin iki fotosu “Confrontation in tennis” və “Red Dress” qızıl medal qazanıb.
Fotoşəkillər mükafata “Fotojurnalistika” nominasiyasında layiq görülüb.
Qeyd edək ki, fotoşəkillər fotomüxbir tərəfindən 2016-cı ildə Braziliyada keçirilən Paralimpiya Oyunlarında və Bakı şəhərində çəkilib.