XƏBƏRLƏR

Fransada azərbaycanlı fotoqrafın əsərləri nümayiş olunub

A+A-
Sıfırla

Parisdə Luvr muzeyinin Karusel salonunda 35-ci “Art Shopping” beynəlxalq müasir incəsənət sərgisi açılıb.

Sərgidə azərbaycanlı fotoqraf Maya Bağırovanın fotoları nümayiş olunur. Onun fotoəsərləri müasir texnologiyanın insanlar arasındakı münasibətlərə olan təsirinə həsr olunub. Azərbaycanlı fotoqraf sərgidə gündəlik həyatdan çəkdiyi fotolarını nümayiş etdirir. Ağdam məscidinin güllələnmiş qapısı, eləcə də Qarabağdan olan fotolar sərgidə yer alıb.

M.Bağırovanın Azərbaycanda və Fransada bir neçə sərgisi təşkil olunub. Parisdə “Sensespace” sosial innovasiyalar mərkəzində “Azərbaycanlı qaçqın uşaqlar” adlı fotosərgisində o, Birinci Qarabağ müharibəsi nəticəsində doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkün həyatı yaşayan azərbaycanlı uşaqların həyatını fotoları vasitəsilə yerli ictimaiyyətə göstərib. O, 2015-ci ildə Luvr muzeyinin Karusel salonunda keçirilən SNBA fotosərgisinin “Fotoqrafiya” nominasiyasının 2 qızıl medalına və “Jan Larivyer” mükafatına layiq görülüb.

FacebookTwitterWhatsappTelegramEmail