XƏBƏRLƏR

Masallıda “EV: Müxtəlifliyə qucaq açaq” adlı səyyar rəsm və foto sərgisi açılıb

A+A-
Sıfırla

Masallı Dövlət Rəsm Qalereyasında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “EV: Embracing Variety” – “Müxtəlifliyə qucaq açaq” adlı səyyar rəsm və foto sərgisi açılıb.

Tədbir Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar təşkil olunub. Səyyar sərgi Azərbaycanda etnik müxtəlifliyi və multikulturalizm dəyərlərinə sadiqliyi nümayiş etdirmək, müxtəlif etnik qruplar arasında dialoqu təşviq etmək və cəmiyyətdə tolerantlığı gücləndirmək məqsədilə keçirilib.

Tədbirdə mədəniyyət nazirinin müavini Murad Hüseynov, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Açılış mərasimi azsaylı xalqların folklor kollektivlərinin ifasında konsert proqramı ilə başlayıb, daha sonra Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda yer alan Azərbaycanın tanınmış sənətkarlarının rəngkarlıq və qrafika əsərləri, həmçinin Azərbaycan Fotoqrafları Birliyinin kolleksiyasına aid fotoların nümayiş olunduğu sərginin ekspozisiyasına baxış keçirilib.

Mənbə: AZƏRTAC

FacebookTwitterWhatsappTelegramEmail