5
“Gilavar Foto Klubu” ictimai birliyinin üzvü, beynəlxalq dərəcəli fotoqraf Nadejda Cavadova beynəlxalq fotomüsabiqələrdə iki mükafat qazanıb.
Beynəlxalq Foto Sənəti Federasiyasının (FIAP) himayədarlığı ilə Hindistanda keçirilən “3rd KMPS International Digital Salon 2025” fotomüsabiqəsində gümüş medala layiq görülüb.
Türkiyədə “Qadın və idman” mövzusunda təşkil olunan yarışmada həmyerlimizin bədii gimnastikası fotosu FIAP-ın fəxri lentinə layiq görülüb.