XƏBƏRLƏR

18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün master-klas keçirilib

A+A-
Sıfırla

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Lənkəran-Astara regional filialının təşkilatçılığı ilə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün fotoqrafiya sənətinə həsr edilmiş master-klas keçirilib.

Tədbir uşaqların asudə vaxtlarının mənalı keçirilməsi, onların psixoloji və emosional inkişafı, həmçinin sosial reabilitasiyasına dəstək məqsədi daşıyıb.

19 avqust — Dünya Fotoqrafiya Gününə həsr olunan master-klasda iştirakçılara fotoqrafiya sənəti, fotoqrafiyanın tarixi, janrları, həmçinin foto avadanlıqları haqqında məlumat verilib.

Xüsusi qayğıya ehtiyacı olan 20-dən çox uşağın iştirak etdiyi tədbir studiya çəkilişləri, qrup işləri və fərdi tapşırıqların yerinə yetirilməsi ilə yekunlaşıb.

Mənbə: AZƏRTAC

FacebookTwitterWhatsappTelegramEmail

MƏLUMAT