XƏBƏRLƏR

ADY və Mətbuat Şurasının birgə elan etdiyi müsabiqənin qalibləri mükafatlandırılıb

A+A-
Sıfırla

İyulun 10-da “Azərbaycan Dəmir Yolları” QSC (ADY) və Azərbaycan Mətbuat Şurasının “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı elan etdiyi media müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Azərbaycan Dəmiryol Muzeyi kimi fəaliyyət göstərən tarixi Sabunçu vağzalında baş tutan tədbirdə ADY-nin və Mətbuat Şurasının rəhbərliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və Medianın İnkişafı Agentliyinin məsul əməkdaşları, tanınmış media nümayəndələri iştirak ediblər.

Müsabiqəyə 1 iyun – 1 iyul 2024-cü il tarixlərində kütləvi informasiya vasitələrindən 41 iş təqdim olunub. Müsabiqənin şərtlərinə əsasən, 12 nəfər jurnalist əsas, 15 nəfər isə həvəsləndirici mükafata layiq görülüb.

Tədbirin sonunda müsabiqənin qaliblərinə sertifikat və xatirə hədiyyələri təqdim edilib.

Müəllif: Esmira Əliyeva

FacebookTwitterWhatsappTelegramEmail

MƏLUMAT