XƏBƏRLƏR

Ağstafada “Zəfərin ruhu” adlı səyyar rəsm və foto sərgisi açılıb

A+A-
Sıfırla

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Ağstafa şəhər Heydər Əliyev Mərkəzində 26 İyun — Silahlı Qüvvələr Günü münasibətilə silsilə tədbirlər keçirilib.

İyunun 25-də Azərbaycan Fotoqraflar Birliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə “Zəfərin ruhu” adlı səyyar rəsm və foto sərgisi açılıb.

Qeyd olunub ki, sərgidə ordumuzun qəhrəmanlığını, şanlı Zəfər qazanmasını, Qarabağımızın gözəlliklərini əks etdirən rəsm və fotolar yer alıb.

Sərgi iyulun 9-dək davam edəcək.

Mənbə: AZƏRTAC

FacebookTwitterWhatsappTelegramEmail