143
Aqrar İnkişaf Könüllüləri Təşkilatının təşkilatçılığı və “Prior Lizinq”in tərəfdaşlığı ilə “Aqro SMM25” layihəsi həyata həyata keçirilir. Layihə çərçivəsində gənclərə rəqəmsal fotoqrafiya təlimi keçirilib.
Layihə iştirakçıları 13 illik fotoqrafiya təcrübəsi olan, bir çox sosial, sənədli və kreativ vizual layihədə müəllif kimi iştirak etmiş fotoqraf Elxan Qəniyev ilə görüşüblər. Təlim zamanı iştirakçılar fotoqrafiya sahəsində karyera imkanları və sosial mediada vizual təqdimatın əhəmiyyəti ilə bağlı faydalı tövsiyələr əldə ediblər.
Elxan Qəniyev Birinci Avropa və IV İslam Həmrəylik oyunları, “Formula 1” yarışları və digər beynəlxalq tədbirlərdə çəkdiyi fotoları iştirakçılarla bölüşüb.