XƏBƏRLƏR

ASCO əməkdaşının fotoları Ermitaj muzeyində sərgilənib

A+A-
Sıfırla

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun növbə elektromexaniki və fotoqraf Cavid Rzayevin “Mən burada yaşayıram” mövzusunda çəkdiyi üç fotosu Rusiyanın Ermitaj muzeyində sərgilənib.

Sərgi “Mədəniyyətlərin dialoqu” adlı Gənc Jurnalistlərin XIX Beynəlxalq Media Forumu çərçivəsində təşkil olunub.

Cavid Rzayev həm dənizçilik, həm də peşəkar fotoqrafiya ilə məşğuldur. Onun əsas məqsədi çəkdiyi fotolarla Azərbaycanın təbiətini və mədəni irsini dünyaya tanıtmaqdan ibarətdir.

FacebookTwitterWhatsappTelegramEmail