XƏBƏRLƏR

“Asim – An” fotosərgisi keçiriləcək

A+A-
Sıfırla

Tanınmış fotoqraf Asim Talıbın anım günü ilə əlaqədar fotosərgi təşkil olunacaq. İçərişəhərdə təşkil olunacaq sərgidə fotoqrafın müəyyən dövrlərdə çəkdiyi fotolardan bir qismi sərgilənəcək. Nümayiş olunacaq fotolar müəllif tərəfindən sağlığında çap olunublar.

Asim Talıbın fotoların özünəməxsusluğu ilə yanaşı həyat sevgisi ilə seçilir. Çəkdiyi fotoların bir hissəsi Qarabağ münaqişəsi başlayan zamanlarda həmin dövrlərdə işğal olunmuş rayonlarımızın Tarix Diyarşünaslıq Muzeylərində məhv olub. Meydan hərəkatı və 20 Yanvar hadisələri ilə bağlı fotolarının aqibəti bu günə qədər naməlum qalıb.

Qeyd edək ki, 26 oktyabr 1948-ci ildə Bakıda anadan olan Asim Talıb, 17 mart 2023-cü ildə dünyasını dəyişib.

FacebookTwitterWhatsappTelegramEmail

MƏLUMAT