XƏBƏRLƏR

Azərbaycan Fotoqrafiya Federasiyası və Gilavar Foto Klubu AMADA-nın “Ədalətli idman həftəsi” təşəbbüsünə qoşuldu

A+A-
Sıfırla

Ümumdünya Antidopinq Agentliyi (WADA) 2024-cü il 19 aprel tarixini dünyada Ədalətli İdman Günü elan edib. Təmiz idman dəyərlərinə həsr olunan Ədalətli İdman Günü dopinqə qarşı qlobal mübarizə haqqında idmançılar, idman ictimaiyyəti və digərləri üçün məlumatlandırma məqsədi daşıyır.

WADA-nın təşəbbüsünə qoşulan Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) də 2024-cü il 15-21 aprel tarixlərini əhatə edən dövrü ölkəmizdə “Ədalətli idman həftəsi” elan edib və idman ictimaiyyətini bu günlə bağlı məlumatlandırma işinə başlayır.

WADA hər il müxtəlif şəkildə qeyd olunan Ədalətli İdman Gününün bu il rəqəmsal platformalar vasitəsilə təbliğ edilməsi üçün çağırış edib.

Ölkənin iki aparıcı foto təşkilatı olan Azərbaycan Fotoqrafiya Federasiyası və Gilavar Foto Klubu ictimai birliyi AMADA-nın “Ədalətli idman həftəsi” təşəbbüsünə qoşulub. Foto təşkilatlar tərəfindən azərbaycanlı fotoqrafların çəkdiyi və beynəlxalaq fotomüsabiqələrdə mükafat alan, sərgilənən fotolardan ibarət videoçarx hazırlayıb.

Qeyd edək ki, 2014-cü ildən bəri hər il aprel ayında Ədalətli İdman Günü keçirilir. Aprel ayının fərqli tarixlərində qeyd olunan əlamətdar gün bu il 19 aprelə təsadüf edir. Artıq on ildir ki, Ədalətli İdman Günü xüsusi olaraq qeyd edilir.

FacebookTwitterWhatsappTelegramEmail

MƏLUMAT