FOTOXƏBƏRLƏR

Azərbaycan Fotoqrafiya Federasiyası Türkiyə Foto Sənəti Federasiyasına başsağlığı ünvanlayıb

A+A-
Sıfırla

Azərbaycan Fotoqrafiya Federasiyası və “Gilavar Foto Klubu” İctimai Birliyi Türkiyə Foto Sənəti Federasiyasına başsağlığı məktubu ünvanlayıb.

Məktubda noyabrın 11-də Azərbaycandan Türkiyəyə istiqamətlənən Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “C130” tipli hərbi nəqliyyat təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması və türk hərbçilərin həlak olması xəbəri hər kəsi kədərləndirdiyi vurğulanıb.

Qeyd olunub ki, Azərbaycan və Türkiyə arasındakı bağ sadəcə coğrafi, siyasi və ya mədəni deyil, bu, qan və ürək birliyi üzərində qurulmuş əbədi bir qardaşlıqdır. Bu itki hamımız üçün itkidir, bu kədər hamımız üçün kədərdir.

Azərbaycan Fotoqrafiya Federasiyasının rəhbəri Dilavər Nəcəfov və “Gilavar Foto Klubu” İctimai Birliyinin İdarə Heyətinin sədri Rəşad Mehdiyev Türkiyə Foto Sənəti Federasiyasının İdarə Heyətinin sədri Mehmet Kılıçığluya azərbaycanlı fotoqraflar adından başsağlığı verib, həlak olanlara Allahdan rəhmət, ailələrinə və bütün Türkiyə xalqına səbir diləyiblər.

FacebookTwitterWhatsappTelegramEmail