XƏBƏRLƏR

Azərbaycanın mina qurbanlarına həsr olunan sərgi erməni mətbuatında

A+A-
Sıfırla

Oktyabrın 12-si və 13-ü Çexiyanın paytaxtı Praqa şəhərində mina qurbanlarına həsr olunmuş fotosərgilər keçirilib. Fotosərgilər “Gilavar Foto Klubu” ictimai birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə və Çexiyada fəaliyyət göstərən “Land of Fire” təşkilatının təşkilati dəstəyi ilə həyata keçirilib. İki gün davam edən sərgilər zamanı minlərlə insan Azərbaycanda bu günə qədər davam edən mina terroru ilə bağlı ətraflı məlumat əldə edib.

Lakin adıçəkilən sərgi Ermənistanda birmənalı qarşılanmayıb. Belə ki, qonşu ölkənin “Geğard” Elm-Analitik Fondu tərəfindən “Ermənistana qarşı Azərbaycanın mina təbliğatı” başlığı ilə geniş analitik yazı hazırlanılıb. Həmin yazı bütün erməni mətbuatında erməni, rus və ingilis dillərində dərc olunub. Məqalədə “Gilavar Foto Klubu ictimai birliyinin, layihə rəhbəri Rəşad Mehdiyevin, eləcə də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin adı xüsusi vurğulanır.

Qeyd edək ki, “Düyməni sıxan ayaqlar” adlı fotosərgi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Gilavar Foto Klubu” ictimai birliyinin “Təhlükənin kulMİNAsiya” nöqtəsi layihəsi çərçivəsində hazırlanıb.

FacebookTwitterWhatsappTelegramEmail